Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda qaz müayinəsi və texniki xidmətlə bağlı reyestr yaradılacaq
Tarix: 21-01-2022 | Saat: 10:30
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Azərbaycanda qaz müayinəsi və texniki xidmətlə bağlı reyestr yaradılacaq

Azərbaycanda qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr yaradılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir.(Apa)



Xəbəri paylaş

2261 dəfə oxunub.

Digər xəbərlər
1-10-2021, 10:43 Qubada zəlzələ olub


Bu gün, 14:45Tofiq Hüseynov - 70