Saytımızı qiymətləndirin


 
 

“20 Yanvarda sovet ordusunu Bakıya çağırmağım barədə deyilənlər yalandır”
Tarix: 20-01-2022 | Saat: 14:28
Bölmə:Karusel / Müsahibə | çapa göndər

20 Yanvarda sovet ordusunu Bakıya dəvət etməyim barədə deyilənlər yalandır”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri modern.az-a verdiyi müsahibəsində Azərbaycanın sabiq baş naziri Artur Rəsizadə faciə ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, belə bir müraciət üçün heç səlahiyyəti də olmayıb: “Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?!”
Sabiq Baş nazir bildirib ki, SSRİ-də iqtisadi bloka məsul olan şəxslərin bu cür teleqramlar göndərməyə heç vaxt olmayıb: “Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Əlbəttə yalandır…”-deyə o vurğulayıb.


Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər