Saytımızı qiymətləndirin


 
 

Elçibəyin 20 Yanvar faciəsi ilə bağlı SENSASİON fikirləri üzə çıxdı
Tarix: 20-01-2022 | Saat: 00:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Elçibəyin 20 Yanvar faciəsi ilə bağlı SENSASİON fikirləri üzə çıxdı

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin 20 Yanvar faciəsi ilə bağlı sensasion fikirləri üzə çıxıb.

Qarabaginfo.az xəbər verir ki “Əbülfəz Elçibəy: Bu mənim taleyimdir” adlı kitabda (Bakı, 1992) əksini tapan həmin fikirləri təqdim edir:

“İstəyirik fikirləşək ki, ya Nemətdir, ya Həsəndir, ya Etibardır təqsirkar. Ay canım, bu imperiya gəldi üstümüzə, nə dəxli var? İndi istəyirik deyək ki, şəhid olanlarımız aldanmış bədbəxtlərdir. Tankın üstünə gedir iki əlində butulka, cumub tankın üstünə atıbdır, yandırıbdır, özü də öldürülübdür. Nə deyirsiniz buna? Gedib görüb ki, atışmadır, gedib tüfəngini evindən götürüb, gəlib əsgəri vurub. Vurub, onu da vurublar. Nə deyirsən? Siz deyirsiniz, yəni… İndi buna Etibar nə etsin, Nemət nə etsin, sən nə edəsən? Oğuldur, Vətəni belə görür, cumur. İndi biz istəyirik həmin adamları ki, canlarını xalqın yolunda fəda veriblər, eləyək “aldanmışlar”, “yoldan çıxarılmışlar”, nə bilim nə…

Bir qız yaralıdır, güllə dəyib. Deyirəm: ay qızım, mən sənə demədim getmə ora? Deyir ki, mən oradan getdim MK-nın yanına, saat ikidə dedilər ki, orada qırırlar, qaçdıq gəldik ora. Gəldik, gördük ki, orada qırğındır. Bizə də güllə dəydi. Daha bunun özü gedib ora, görür ki, orada qırırlar qardaşını, bacısını, dözə bilmir axı! Buna Nemət nə eləsin, başqası nə eləsin?

Təqsirimiz var, AXC-nin müəyyən təqsiri var. Mən bunu gələcəkdə deyəcəyəm. Amma indi ona görə demirəm ki, hələ Yazovun təqsiri, Qorbaçovun təqsiri çıxmalıdır üzə, Vəzirovun, Mütəllibovun, filankəslərin təqsiri çıxmalıdır üzə. Birinci günahkar onlardır. Polyaniçko kimi… Deyir ki, biz Etibara qabaqcadan demişdik. Etibar kimdir? Dövlət başçısıdır Etibar? Dövlətin başçısı sənsən, sən gəlib deməli idin: “Camaat, mən sənə elan edirəm, burada durma, tank gəlib səni qıracaq”. Generalları, marşalları göndərərdin ki, gəlib desinlər: “Ay camaat, qıracağıq”. Elan edərdin, televizorda deyərdin. Bütün camaatı aldadıblar. İndi deyirlər ki, Etibar elədi, Nemət elədi, Rəhim elədi. Məsələyə bu cür yanaşmaq olmaz. Biz onların təqsirlərini çadırmalıyıq. Onlar bunu qəbul etməlidir və yaxud xalq qəbul etməlidir ki, kim nə qədər təqsirkardır. Sonra AXC-nin hansı sahələrdə günahı varsa, mən özüm onu ayrıca, ya da qəzetdə yazacağam – onlar (yuxarılar) günahlarını boynuna alandan sonra”.(konkret.az)



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər