Saytımızı qiymətləndirin


 
 

“Bu pulla dünyanın yarısını doydurmaq olardı” - Sərdar Cəlaloğlu
Tarix: 19-01-2022 | Saat: 20:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bu pulla dünyanın yarısını doydurmaq olardı” - Sərdar Cəlaloğlu

“Ümumilikdə, çörəyin bahalaşması ilə Azərbaycanda qiymətlərin ümumən qalxması arasında müəyyən fərq var”.

Bu sözləri Qarabaginfo.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O, ərzaq məhsullarının bahalaşmasını şərh edib:

“Düzdür, bütün dünyada qiymətlər artıb, lakin Azərbaycanda möhtəkirlər bundan sui-istifadə edir. Bu məsələnin birinci tərəfi, məsələnin ikinci tərəfi isə budur ki, Azərbaycanda daxili bazarın təmin edilməsi üçün yerli istehsal gücləndirilməlidir. Bu günə qədər Azərbaycanda kənd təsərrüfatına ümumən 80 milyard manat subsidiya ayrılıb, lakin bu vəsaitə təkcə Azərbaycanı yox, dünyanın yarısını təmin edəcək bir kənd təsərrüfat sistemi yaratmaq, xüsusən taxılçılığı inkişaf etdirmək olardı. Belə olan halda Azərbaycanın xaricdən taxıl asılılığı olmazdı. Onda da dünya bazarındakı taxılın qiymətinin bizə aidiyyəti olmazdı”.

S.Cəlaloğlu əlavə edib:

“Mənə elə gəlir ki, bu cür subsidiyanı verib həmin subsidiyanın dağıdılmasına şərait yaratmaqdansa, vəsaitin bir hissəsini bir başa kənd təsərrüfatı məhsullarının qiymətinin sabit saxlanılmasına sərf etmək olardı. Çünki bu gün əhalimizin böyük əksəriyyəti, ancaq çörəklə dolanır, ona görə ki, əsas qida vasitəsi çörəkdir. Çörəyin də qiymətinin qalxması aztəminatlı ailələrə həddən artıq mənfi təsir göstərir. Düşünürəm ki, hökumət subsidiya ilə çörəyin qiymətini sabit saxlamağa çalışmalıdır”.

Müxalifətçi “çörəyin qiymətinin artırılmasının sizə təsiri olubmu” sualına isə özünəməxsus cavab verib:

“Çörəyi siz də alırsınız, mən də alıram. Kim çörək yeyirsə, əlbəttə, onlara da mənfi təsir edir. Amma adam var ki, onun üçün qiymət artımı acından ölmək deməkdir.

İsanlarımız da çörəyə qənaət etməyi öyrənməli, israfçılığa yol verməməlidir. 

Yenə deyirəm, bu gün hökumət çörəyin qiymətinin sabit saxlanması üçün çox ciddi tədbirlər həyata keçirməlidir. Əks halda, aztəminatlı ailələr, xüsusən də işsizlər çox pis vəziyyətdə qalacaq”, - deyə ADP sədri yekunlaşdırıb.




154 dəfə oxunub.

Digər xəbərlər