Saytımızı qiymətləndirin


 
 

Mariya Zaxarova “The New York Times” qəzetini Ukraynanın agenti adlandırıb
Tarix: 18-01-2022 | Saat: 16:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova “The New York Times” qəzetində “Rusiyanın Ukraynadakı səfirliyinin evakuasiya edildiyi” barədə xəbərinə sərt təpki göstərib.

Qarabaginfo.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün telegram kanalında yazıb.

“Ukrayna Təhlükəsizlik Xidmətinə Qordon və Babçenko (məşhur jurnalistlər Dmtiri Qordon və Arkadi Babçenko nəzərdə tutulur-red.) bəs etmir, indi onların “The New York Times” kimi agentləri də var. Fantaziyalarla dolu olan bu struktur indi də yeni sensasiya yaradıb, bunu qəzet vasitəsilə yayır”,-deyə Mariya Zaxarova bildirib.

Rusiya diplomatı səfilriyin heç bir yerə getmədiyini, ştat vəziyyətində çalışmağa davam etdiyini vurğulayıb. Bundan başqa Zaxarova RF-nin Ukraynadakı diplomatik nümayəndələyinin işçilərinin daimi təhdid altında işlədiyini iddia edib.(musavat.com)



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər