Saytımızı qiymətləndirin


 
 

Bakıda 138 yeni parklanma yeri təşkil ediləcək - Video
Tarix: 18-01-2022 | Saat: 16:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda 138 yeni parklanma yeri təşkil ediləcək

 

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib.

Qarabaginfo.az xəbər verir ki, ilkin mərhələdə layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilməkdədir.

Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.

Yeni layihə əsasında uzunluğu 450 metr olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək. İcrası davam edən layihə çərçivəsində həm də digər kommunikasiya işləri görülür ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür.

“Küçədə hazırda tikinti-quruculuq işlərinin davam etməsini nəzərə alaraq sürücü və piyadalardan bu yolda daha diqqətli olmalarını və ərazidəki müvəqqəti çətinliyi anlayışla qarşılamalarını xahiş edirik. İşlərin 3 ay ərzində tamamlanması planlaşdırılır”, - deyə BNA-dan bildirilib.



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər
16-12-2021, 16:50 Peyvənd olunanların SAYI