Saytımızı qiymətləndirin


 
 

Müəllimlərin maaşı belə hesablanacaq - 500 manatdan 700 manatadək…
Tarix: 18-01-2022 | Saat: 10:40
Bölmə:Karusel / Sosial / Təhsil | çapa göndər

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarını təsdiqləyib.
 

Qarabaqinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, həftədə 18 saat dərs yükü olan müəllimlərin maaşı 2022-ci il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
 

pedaqoji stajı 3 ilə qədər olanlar (ali təhsilli 552 manat, orta ixtisas təhsilli 504 manat);

pedaqoji stajı 3 ildən 8 ilə qədər olanlar (ali təhsilli 594 manat, orta ixtisas təhsilli 534 manat);

pedaqoji stajı 8 ildən 13 ilə qədər olanlar (ali təhsilli 624 manat, orta ixtisas təhsilli 552 manat);

pedaqoji stajı 13 ildən 18 ilə qədər olanlar (ali təhsilli 666 manat, orta ixtisas təhsilli 588 manat);

pedaqoji stajı 18 ildən çox olanlar (ali təhsilli 714 manat, orta ixtisas təhsilli 636 manat).




165 dəfə oxunub.

Digər xəbərlər