Saytımızı qiymətləndirin


 
 

Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqlayıb
Tarix: 17-01-2022 | Saat: 13:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə birgə keçiriləcək hərbi təlimlərin yerini və vaxtını açıqlayıb.
Qarabaginfo.az "BelTa" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Lukaşenko Belarus və Rusiya silahlı qüvvələrinin birgə əməliyyat təlimi konsepsiyası ilə bağlı məruzəninin müzakirəsi zamanı bildirib.
"Bildiyiniz kimi, bu çətin vəziyyətdə, hələ keçən ilin dekabrında Rusiya Prezidenti ilə mən İttifaq Dövlətinin qərb sərhədlərində və Belarusun cənubunda plandankənar konkret hərbi fəaliyyətləri birgə həyata keçirmək barədə razılığa gəldik. Bu gün görürük ki, qərb və cənub bölgəsində-“Belarus eyvanında” güclü hərbi təlimlər keçirməliyik”, - deyə Aleksandr Lukaşenko bildirib.
O deyib ki, bu təlimlər Qərb (Baltikyanı ölkələr və Polşa) və cənubda (Ukrayna) qüvvələrlə qarşıdurma olacağı halda müəyyən plan hazırlamaq üçün normal təlimlər olmalıdır.
Müzakirələrdə qeyd olunub ki, Belarus və Rusiyanın müdafiə nazirlikləri silahlı qüvvələrin birgə təlimi ideyasını hazırlayıblar.
"Müdafiə naziri Viktor Xreninin verdiyi məlumata görə, Rusiya tərəfi ilə bütün məsələlər müzakirə olunub, dəqiq tarix isə hələ müəyyənləşdirilir.
Təlimlərə fevralda başlamağı planlaşdırırdıq. Dəqiq tarixi müəyyənləşdirin, bizə xəbər verin ki, buxtadan bir neçə qoşun çıxardığımız anda az qala döyüşə hazırlaşırıq deyə qınanmayaq", - Lukaşenko deyib.(Apa)



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər
6-10-2020, 13:24 Sabahın hava proqnozu