Saytımızı qiymətləndirin


 
 

Aqil Abbasdan oğlunun töhmət almasına REAKSİYA: “İşdə nöqsanlara yol verib“
Tarix: 17-01-2022 | Saat: 11:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aqil Abbasdan oğlunun töhmət almasına REAKSİYA: “İşdə nöqsanlara yol verib“ 

Deputat Aqil Abbasın oğlu, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova töhmət verilib. Onun işində yol verdiyi nöqsanlara görə töhmət aldığı bildirilir. 

Qarabaginfo.az-ın xəbərinə görə, Tuncay Abbasovun atası, deputat Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, məsələdən xəbərsiz olduğunu söyləyib.

“Oğlumun 38 yaşı var. Şəxsi işidir, mənim xəbərim yoxdur. O ayrı ailədir, mən ayrı. Deməli, işdə nöqsanlara yol verib ki, töhmət alıb. Rastlaşanda, soruşacam”.

 



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər