Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib
Tarix: 16-01-2022 | Saat: 15:15
Bölmə:Karusel / Region | çapa göndər

LDPR lideri Vladimir Jirinovski dünən “Komsomolskaya Pravda” radiosunda bildirib ki, onun fikrincə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev çoxdan dünyasını dəyişib. “Məncə, o, çoxdan vəfat edib. Çoxdan ölüb basdırılıb. Yəni sakitcə gizlən, heç nə demə və sağ ol? Bu istisnadır. Üstəlik, Dövlət Təhlükəsizlik Komitəsinin sədri dərhal həbs edilib”, - Jirinovski bildirib.

“Govorit Moskva” radiostansiyasının müxbiri bu münasibətlə Qazaxıstan Parlamentinin deputatı, “Ak Yol” partiyasının sədri Azat Peruaşevə müraciət edib.

Deputat respublikada vəziyyətin sabitləşəcəyinə əminliyini ifadə etməklə yanaşı, bu məlumatı nə təsdiq, nə də təkzib edib: “Mənim bu məsələ ilə bağlı məlumatım yoxdur. Sizi əmin etməyə cəsarət edirəm ki, bizim cəmiyyətimiz, xalqımız bu problemin öhdəsindən gələcək, bu gün düşdüyümüz vəziyyətin öhdəsindən gələcək. Bizim rusiyalı dostlarımız və dırnaq içərisində olan dostlarımız, görünür, onlar da var, narahat olmamalıdılar. Hər şey yaxşı olacaq".(virtualaz.org)



Xəbəri paylaş

1372 dəfə oxunub.

Digər xəbərlər