Saytımızı qiymətləndirin


 
 

Rəşad Sadıqov Antalyada xəstələndi, oyuna gələ bilmədi
Tarix: 14-01-2022 | Saat: 23:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəşad Sadıqov Antalyada xəstələndi, oyuna gələ bilmədi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanıında olan "Zirə" dünən ilk yoxlama oyununu keçirib.

“Qartallar” Macarıstan "Peç"i ilə qarşılaşıb.

Matç rəqibin 5:3 hesablı qələbəsiylə başa çatıb. "Zirə"nin heyətində Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov fərqlənib.

Baş məşqçi Rəşad Sadıqov bu qarşılaşma zamanı texniki zonada əyləşməyib. Araşdırdıq və məlum oldu ki, gənc çalışdırıcı bir həftədir həkim nəzarətindədir.

Güclü soyuqdəymədən əziyyət çəkən “Pro” kateqoriyalı mütəxəssis bu müddətdə komandanın məskunlaşdığı otelı tərk etmir.

"Zirə" yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər