Saytımızı qiymətləndirin


 
 

Rusiya Tbilisini də “3+3” formatında görmək istəyir
Tarix: 14-01-2022 | Saat: 20:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Tbilisini də “3+3” formatında görmək istəyir

“Gürcüstanın “3+3” formatına qoşulması Tbilisinin də maraqlarına uyğundur".

Qarabaginfo.az xəbər verir ki, bunu mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Dekabrın 10-da Moskvada beş ölkənin - Ermənistan, Rusiya, İran, Türkiyə, Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3” regional məsləhətçi platformasının ilk iclası keçirilib.

Rusiyalı nazir qeyd edib ki, Moskva bu regional platformanın işini dəstəkləyir və iştirak edir:

“Onlar (format iştirakçıları - red.) Cənubi Qafqazda vəziyyətin normallaşmasına töhfə verir və mövcud siyasi problemlərin daha fəal, daha səmərəli, o cümlədən regionun üç ölkəsi və onların üç böyük qonşusu - Rusiya, Türkiyə və İran arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə həllinə şərait yaratmağa kömək edir".

Lavrov qeyd edib ki, Moskva Azərbaycan və Türkiyə liderlərinin səsləndirdiyi “3+3” formatının yaradılması ideyasını fəal şəkildə dəstəkləyib.

"Biz dərhal bu təşəbbüsdə çox yaxşı birləşdirici potensialın olduğunu gördük. Həm müzakirənin ilk günlərindən, həm də Moskvada keçirilən görüşə hazırlıq zamanı biz gürcü qonşularımızın da bu prosesə cəlb olunmasını müdafiə etdik", - Rusiya XİN rəhbəri deyib.




125 dəfə oxunub.

Digər xəbərlər