Saytımızı qiymətləndirin


 
 

Gürcüstan XİN başçısı Brüsselə səfər edəcək
Tarix: 14-01-2022 | Saat: 17:36
Bölmə:Karusel / Region | çapa göndər

David Zalkaliani

 

Gürcüstanın xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsselə səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, XİN başçısı səfər çərçivəsində NATO Baş Qərargahında təşkilatın Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüş keçirəcək.

Məlumatda qeyd olunub ki, görüşün məqsədi davam edən NATO-Rusiya dialoqu ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr aparmaqdır.

Görüşdə həmçinin, NATO-Gürcüstan əməkdaşlığı və Avro-Atlantik zonadakı mürəkkəb təhlükəsizlik mühitinin müzakirə ediləcəyi bildirilib.



Xəbəri paylaş

1260 dəfə oxunub.

Digər xəbərlər