Saytımızı qiymətləndirin


 
 

Təhsil Nazirliyinin açıqlaması
Tarix: 14-01-2022 | Saat: 11:39
Bölmə:Karusel / Təhsil | çapa göndər

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr | Azərbaycan Respublikası Təhsil Nazirliyi

Ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntü yayımlanıb.

 Qarabaginfo.az xəbər verir ki, Təhsil Nazirliyindən baş verən hadisə ilə bağlı bildirib ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.




1127 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 09:57Neft ucuzlaşdı