Saytımızı qiymətləndirin


 
 

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Tarix: 14-01-2022 | Saat: 09:58
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

YazTV - Yeni Azərbaycan Televiziyası - YazTV - Yeni Azərbaycan Televiziyası

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Füzuli rayon sakini Natiq Hüseynxanovun idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində yerləşən postda saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.

Abşeron rayon məhkəməsinin qərarı ilə N.Hüseynxanov 6 ay müddətində sürücülük hüququndan məhrum edilib.




135 dəfə oxunub.

Digər xəbərlər