Saytımızı qiymətləndirin


 
 

Dializ xəstələrinin dərman təminatı niyə kəsilib? - VİDEO
Tarix: 13-01-2022 | Saat: 20:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dializ xəstələrinin dərman təminatı niyə kəsilib? – VİDEO

Böyrək çatışmazlığı olan insanların həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün onlara verilən ən əsas dərmanlardan biri kalsium karbonatdır ki, bu dərman qanda fosforun azalmasına kömək edir. Lakin bu xəstəlikdən əziyyət çəkən bir qrup insan dərman təminatından şikayətlənir.

Qarabaginfo.az xəbər verir ki, Baku TV məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən sözügedən problemlə İcbari Tibbi Sığorta Agentliyinin məşğul olduğu deyilib. Agentlik isə öz növbəsində ötən ildən dərmanların təminatı məsələsinin Səhiyyə Nazirliyinə həvalə edildiyini, hemodializ xəstələrinin dövlət proqramı çərçivəsində bu dərmanla təmin olunduqlarını bildirib.

Hemodializ xəstələrinin şikayəti təkcə bununla da bitmir. Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan hemodializ xəstələri isə müalicə almaq üçün həftədə üç dəfə Ələt qəsəbəsindən Şirvan şəhərinə yollanırlar. Baxmayaraq ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yeni istifadəyə verilmiş 17 saylı şəhər xəstəxanası var və burada hemodializ şöbəsi açılıb. Amma xəstələr həkim çatışmazlığı ucbatından həmin şöbənin xidmətlərindən yararlana bilmirlər.

Daha ətraflı süjetdə:



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər