Saytımızı qiymətləndirin


 
 

Uşaqlar arasında “Omikron”a yoluxma halları təsdiqlənib
Tarix: 13-01-2022 | Saat: 18:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Uşaqlar arasında “Omikron”a yoluxma hallarıtəsdiqlənib

Azyaşlı uşaqlar arasında “Omikron” ştammına yoluxma halları təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik işlər üzrə direktor müavini Tatyana Rujentsova bildirib.

Epidemioloq qeyd edib ki, yoluxma hallarının sayı ilə bağlı məlumatlar hələ dəqiqləşdirilir.

“İlkin məlumatlara görə, “Omikron” ştammı ilə yoluxmaların üstünlük təşkil etdiyi Cənubi Afrika Respublikasında üç yaşınadək uşaqlarda koronavirusun simptomları daha qabarıq şəkildə özünü göstərir. Uşaqlarda bu xəstəliyin ağırlıq dərəcəsi haqqında hələ məlumat yoxdur”, - deyə o, əlavə edib.

 



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər