Saytımızı qiymətləndirin


 
 

Zaxarova Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin sabahkı görüşünə münasibət bildirib
Tarix: 13-01-2022 | Saat: 18:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Mariya Zaxarova elə oynadı ki.. –

Türkiyə və Ermənistan arasındakı dialoq iki ölkə arasındadır.

Qarabaginfo.az bildirib ki, Apa-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın yanvarın 14-də Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı keçiriləcək görüşdən hansı gözləntiləri olduğuna dair suala cavabında bildirib.

“Biz bu formata daxil deyilik. Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlər, dialoqun qurulması, təmasların normallaşdırılması barədə prinsipial mövqeyimizi dəfələrlə ifadə etmişik, işdə və praktikada da kömək etmişik”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, sabah Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.



Xəbəri paylaş

1187 dəfə oxunub.

Digər xəbərlər