Saytımızı qiymətləndirin


 
 

Ötən il COVID-19-la bağlı İTSDA-ya 1 506 müraciət olub
Tarix: 13-01-2022 | Saat: 15:02
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ötən il COVID-19-la bağlı İTSDA-ya 1 506 müraciət olub

2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 25 373 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 25 303-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 70-i isə teleqram vasitəsilə edilib.

Agentlikdən Qarabaginfo.az-a bildirilib ki, 3776 müraciət əsasən Bakı, Gəncə və Sumqayıt şəhərləri, Bərdə, Astara, Cəlilabad, Masallı, Abşeron və Lənkəran rayonlarının sakinləri tərəfindən birbaşa olaraq Agentliyə edilib. 21 597 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün Agentliyə yönləndirilib.

Daxil olan müraciətlərin 11 937-si müayinə və müalicə, 7 289-u əlillik məsələləri, 2 490-ı işə qəbul və əmək münasibətləri, 1 506-sı COVID-19, 897-si dərman vasitələri və tibbi sərflə təminat, 1254-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. 21 775 müraciət cavablandırılıb, digərləri isə icradadır.

Habelə Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 26 390 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular ailə həkimi seçimi, Xidmətlər Zərfinə daxil olan və olmayan əməliyyatlar, icbari tibbi sığorta haqqı, göndəriş vərəqəsinin verilməsi qaydası, vaksinasiya üçün onlayn növbə xidmətindən istifadə və peyvənd, immunitet, əks göstəriş sertifikatlarının əldə edilməsi qaydası və s. olub.

Qeyd edilən müddət ərzində 5916 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən əlillik dərəcəsinin təyin edilməsi, icbari tibbi sığortanın tətbiqi, işə qəbul və əmək münasibətləri, müayinə-müalicə, cərrahiyə əməliyyat, COVID-19 və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər