Saytımızı qiymətləndirin


 
 

“Moldovaqaz” ölkəyə qaz nəqlinin dayandırılması barədə xəbərdarlıq edib
Tarix: 13-01-2022 | Saat: 07:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

“Moldovaqaz” ölkəyə qaz nəqlinin dayandırılması barədə xəbərdarlıq edib

“Moldovaqaz” istehlakçılara ölkəyə qaz nəqlinin dayandırılmasının barədə xəbərdarlıq edib.

Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moldovaya yanacağın tədarükünü dayandırmaq riskləri var, lakin şirkət bunun qarşısını almaq üçün lazımi tədbirlər görəcək.

Moldova baş nazirinin müavini Andrey Spinu daha əvvəl qeyd edib ki, ölkə enerji böhranının növbəti mərhələsi ilə üzləşib, çünki dekabrda qazın alış qiyməti min kubmetr üçün 450 ABŞ dolları olsa da, yanvarda bu rəqəm 646-ya yüksəlib.

“Moldovaqaz” yanvarda qaz tədarükü üzrə ödənişləri təxirə salmaq üçün “Qazprom”la danışıqlar aparır, həmçinin Rusiya konserni qarşısında borcunu ödəmək üçün kredit almaq niyyətindədir.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər