Saytımızı qiymətləndirin


 
 

"Omicron"a yoluxanlar daha tez sağalır - TƏBİB
Tarix: 12-01-2022 | Saat: 09:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Bu virusla bağlı əvvəlcədən proqnoz vermək doğru deyil. Baxmayaraq ki, bu xəstəliyin daha çox yayılma ehtimalı var”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev “Omicron” ştamının ölkəmizdə aşkarlanması ilə bağlı danışarkən deyib.

 

V.Əliyev deyib ki, koronavirusun “Delta” ştamı ilə müqayisədə “Omicron”dan xəstəxanada yatma müddəti azdır:

“Amma sürətli yayılma ehtimalı olduğuna görə, bu baxımdan xəstəxanaya yatma ehtiyacı dolayı yolla arta bilər. Bu da epidemioloji vəziyyəti dəyişə bilər. Hazırda vəziyyət stabildir, həkimlərimizin də çox ciddi təcrübəsi var. Peyvənd prosesi də sürətli şəkildə davam edir. Peyvənd statusundan asılı olaraq, xəstəliyin yayılmasının da qarşısı alına bilər. Nə qədər çox insanda immunitet formalaşarsa, biz bu dalğanı da rahatlıqla keçə bilərik”.

 

Həkim insanları bir daha COVID-19-a qarşı vaksin vurdurmağa çağırıb.



Xəbəri paylaş

269 dəfə oxunub.

Digər xəbərlər