Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Qazaxıstandakı səfirliyinin binası qorunur
Tarix: 11-01-2022 | Saat: 14:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yanvarın 2-də Qazaxıstanın Janaozen və Aktau şəhərlərində başlayan iğtişaşlarla bağlı ölkədə elan olunmuş fövqəladə rejim daha 7 gün davam edəcək.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı Səfirliyi diplomatik korpusun inzibati binasının qorunduğu haqda paylaşım edib.

“Hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin inzibati binası (Nur-Sultan şəhəri) və Almatı şəhərindəki ofisi Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə qorunur”, -deyə paylaşımda bildirilib.



Xəbəri paylaş

266 dəfə oxunub.

Digər xəbərlər