Saytımızı qiymətləndirin


 
 

Türkiyə millisinin futbolçusu qəzada öldü - Foto
Tarix: 11-01-2022 | Saat: 12:08
Bölmə:Karusel / İdman | çapa göndər

 

Türkiyə millisinin futbolçusu qəzada öldü

 

Türkiyə millisinin və “Konyaspor”un futbolçusu Ahmet Çalık  vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi avtomobil qəzasında həyatını itirib.

Qəza bu gün saat 9-da Türkiyənin Gölbaşı rayonunun Hacılar  Məhəlləsi adlanan ərazidə baş verib. Futbolçu Ankara-Niğde yolunda idarəetməni itirərək yoldan çıxıb və maşını aşıb. 

Xilasedicilər hadisə yerinə göndərilib. Bildirilib ki, avtomobildə təkcə Ahmet Çalık olub və o da hadisə yerində dünyasını dəyişib. 

 

Qeyd edək ki, Ahmet Çalık 2017/2020-ci illərdə “Qalatasaray”da çıxış edib.

 




 



Xəbəri paylaş

293 dəfə oxunub.

Digər xəbərlər