Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Qran-prisi mövsümün ən yaxşılarından hesab edilib
Tarix: 11-01-2022 | Saat: 11:19
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

Formula-196;in Bakı mərhələsində həlledici gün

"Formula 1" üzrə dünya çempionatında 2021 mövsümünün ən yaxşı Qran-prisi bəlli olub.

Qarabaginfo.az xəbər verir ki, bu, azarkeşlər arasında aparılmış sorğu nəticəsində müəyyənləşib.

52 mindən çox fanatın qatıldığı səsvermədə İtaliya Qran-prisi 19 faizlə birinci olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunmuş son Qran-pri 16 faizlə ikinci, Braziliyadakı San Paulu Qran-prisi 10 faizlə üçüncü yeri tutub.

Azərbaycan Qran-prisi isə 8 faiz səslə 4-cü olub. İlk "5-liy"i Macarıstan Qran-prisi 7 faiz səslə tamamlayıb.

Qeyd edək ki, 2021-ci il Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilib. 2022-ci ildəki yarış 10 - 12 iyunda təşkil olunacaq.



Xəbəri paylaş

240 dəfə oxunub.

Digər xəbərlər