Saytımızı qiymətləndirin


 
 

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Tarix: 10-01-2022 | Saat: 20:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin və müdafiə sənayesinin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.

Tərəflər həmçinin beynəlxalq və regional məsələlər, xüsusilə Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

Türkiyənin Balkanlar, Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində qətiyyətli rol oynadığı vurğulanıb.

Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasının regionun sabitliyi və rifahına töhfə verdiyi qeyd edilib.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər
5-08-2022, 12:56 Sabah yağış yağacaq