Saytımızı qiymətləndirin


 
 

Arvadını amansızlıqla qətlə yetirilən şəxsin ittihamı ağırlaşdırılıb
Tarix: 10-01-2022 | Saat: 16:54
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Patı” satarkən tutulan prokuror oğlu deyil - Baş Prokurorluq

Bakıda arvadını amansızlıqla qətlə yetirilən şəxsin ittiham oldunduğu maddə başqa maddəyə tövsiv olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilib. Hazırda istintaq davam edir.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nahidə Həsənovanın əvvəllər "Lider" Televiziyasında texniki şöbədə işlədiyi də məlum olub.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər