Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Tarix: 10-01-2022 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 621 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 919 nəfər müalicə olunaraq sağalıb, 8 457 nəfər vəfat edib, aktiv xəstə sayı 7 187 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 247, ötən müddət ərzində isə ümumilikdə 5 948 270 test aparılıb.



Xəbəri paylaş

236 dəfə oxunub.

Digər xəbərlər