Saytımızı qiymətləndirin


 
 

Bir qrup Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edildi
Tarix: 10-01-2022 | Saat: 11:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bir qrup Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edildi

 

20 Azərbaycan vətəndaşı Qazaxıstandan təxliyə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə bildirib.

Onun sözlərinə görə, 12 Azərbaycan vətəndaşı Nur-Sultan şəhərindən Moskvaya, oradan isə Bakıya göndərilib.

“8 Azərbaycan vətəndaşı isə Almatı şəhərindən quru sərhədi ilə Bişkekə çatdırılıb. Pandemiya ilə bağlı quru sərhədləri bağlı olsa da, istisna hal kimi bu proses baş tutub. Həmin Azərbaycan vətəndaşları Bişkekdən Moskvaya, oradan isə Bakıya yola salınıb. Daha 10 nəfərin təxliyəsi planlaşdırılır”, – səfirlik əməkdaşı vurğulayıb.

O diqqətə çatdırıb ki, Qazaxıstanda baş verən hadisələrdə Azərbaycan vətəndaşlarının ölməsi və xəsarət alması, eyni zamanda, iğtişaşlarda iştirak etməsinə dair hər hansı məlumat daxil olmayıb.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər