Saytımızı qiymətləndirin


 
 

Ermənistan hərbçiləri Qazaxıstanı qarət edir - Mixaylov
Tarix: 10-01-2022 | Saat: 10:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ermənistan hərbçiləri Qazaxıstandakı vəziyyətdən öz eqoist məqsədləri üçün istifadə edirlər.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri rusiyalı analitik Yevgeni Mixaylov paylaşıb.

“Belə ki, Qazaxıstanın “Xəbər 24” telekanalı Uralsk şəhərində nəzarət-buraxılış məntəqəsində erməni nömrəli avtomobilin saxlanıldığını, sərnişinlərinin silahlı olduğunu bildirib. Maşında gözyaşardıcı qaz və soyuq silahlar olub. Bundan başqa, yük yerindən 50 ədəd mobil telefon, 6 ədəd planşet, 23 dəst smart saat və xüsusi maqnit etiketləri olan bir çanta paltar aşkar edilib.

Saxlanılanların sözlərinə görə, onlar iğtişaş zamanı əşyalar, smartfonlar və digər avadanlıqlar oğurlayıblar. Bu, ilk növbədə, bəzi şəxslərin ölkədə hökm sürən xaosdan sui-istifadə edərək, quldurluqlarda iştirak etmək fikrinə düşdüyünü göstərir. Onlar hər yerdə, o cümlədən Rusiyada da fəaliyyətdə olan quldurlardır”, – Mixaylov bildirib./axar.az



Xəbəri paylaş

333 dəfə oxunub.

Digər xəbərlər