Saytımızı qiymətləndirin


 
 

Göyçay sakinlərindən narkotik götürüldü
Tarix: 09-01-2022 | Saat: 23:44
Bölmə:Karusel / Kriminal | çapa göndər

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş şəhər sakini Elşad Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə qrupunun əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayon sakini Elvin Şirinov narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin və metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.




121 dəfə oxunub.

Digər xəbərlər