Saytımızı qiymətləndirin


 
 

Hulusi Akar: “Məhv edilən terrorçu sayı artacaq”
Tarix: 09-01-2022 | Saat: 15:24
Bölmə:Karusel / Region | çapa göndər

Hulisi Akar, Türkiyənin milli müdafiə naziri

“Biz bu günə kimi heç bir şəhidimizin qanını yerdə qoymamışıq, bundan sonra da qoymayacağıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar Sarıqamış əməliyyatının 107-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı edib.

“Antiterror əməliyyatlarımız davam edir. Bu rəqəmin artacağını gözləyirik. Hara qaçsalar, xainləri tapacağıq. Biz bu günə kimi heç bir şəhidimizin qanını yerdə qoymamışıq, bundan sonra da qoymayacağıq”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, dünən Türkiyənin Suriya ilə sərhədində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 3 türk əsgəri həlak olub. Ardından aparılan antiterror əməliyyatları nəticəsində isə 12 terrorçu zərərsizləşdirilmişdir.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70