Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda bir gündə 630 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
Tarix: 08-01-2022 | Saat: 16:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda bir gündə 630 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 630 yeni yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 058 nəfər müalicə olunaraq sağalıb, 8 437 nəfər vəfat edib, aktiv xəstə sayı 7184 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 262, ötən müddət ərzində isə ümumilikdə 5 933 628 test aparılıb.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70