Saytımızı qiymətləndirin


 
 

NATO təhlükəsizlik danışıqlarında qoşunların Rusiya ilə sərhədlərdən çıxarılmasını müzakirə etməyə hazır olduğunu bildirib
Tarix: 08-01-2022 | Saat: 08:58
Bölmə:Karusel / Region | çapa göndər

NATO təhlükəsizlik danışıqlarında qoşunların Rusiya ilə sərhədlərdən çıxarılmasını müzakirə etməyə hazır olduğunu bildirib

“NATO Moskva ilə təhlükəsizliyin təmin edilməsi üzrə danışıqların bir hissəsi olaraq qoşunlarını Rusiya ilə sərhədlərdən geri çəkməyə razılaşa bilər”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, alyans Rusiya-Ukrayna sərhədində gərginliyin azalacağı təqdirdə belə bir addım atmağa hazırdır: “Regionda vəziyyətin deeskalasiyası Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarılması deməkdir. NATO danışıqlarda şərqə doğru genişlənmək üzrə öhdəliklər verməkdən imtina edəcək, çünki alyansın nizamnamə sənədləri ona qoşulmaq istəyən digər ölkələrin də imkanlarını nəzərdə tutur”.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “NBC” televiziyası məlumat yaymışdı ki, hərəkətlər qarşılıqlı olarsa, ABŞ və Rusiya arasında Avropada təhlükəsizlik məsələlərinə dair müzakirələr regionun şərqində qüvvələrin sayının və təlimlərin tezliyinin azaldılması mövzusunu əhatə edə bilər.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər