Saytımızı qiymətləndirin


 
 

Almaniya, Fransa və Avropa İttifaqı Qazaxıstan vətəndaşlarının hüquqlarını müdafiə etməyə çağırıb
Tarix: 08-01-2022 | Saat: 00:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Almaniya, Fransa və Avropa İttifaqı Qazaxıstan vətəndaşlarının hüquqlarını müdafiə etməyə çağırıb

Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda Almaniya hökuməti ölkədəki bütün tərəfləri təmkinli və tədbirli olmağa çağırıb.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Kristian Hoffman bəyan edib.

Onun sözlərinə görə, rəsmi Berlin mövcud olan zorakılıq hadisələrindən dərin narahatdır: “Biz əminik ki, zorakılıq heç vaxt adekvat cavab ola bilməz. Ona görə də biz bütün tərəfləri gərginliyi azaltmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq”.

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi Qazaxıstanda təhlükəsizlik qüvvələrinə və orduya xəbərdarlıq edilmədən atəş açmaq əmri ilə bağlı bütün xəbərləri diqqətlə öyrənəcəyini açıqlayıb.

“Almaniya hökumətinin nöqteyi-nəzərindən açıq şəkildə bildirilməlidir ki, mülki əhaliyə qarşı xüsusən də silahlı qüvvələr iştirakı ilə hərbi silahlardan istifadə etmək ən son çarə olmalıdır”.

Qeyd olunub ki, Qazaxıstan hökuməti və bütün yüksək vəzifəli məmurlar mülki şəxslərin müdafiəsinə cavabdehdirlər.

“Kim öldürmək üçün xəbərdarlıq etmədən nümayişçilərə atəş atırsa, sivil dövlətlər dairəsini tərk etmiş olur” , - deyə Almaniya Federativ Respublikasının ədliyyə naziri Marko Buşman  tviter də yazıb.

Fransanın Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar Parisdə görüşən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron da Qazaxıstanda zorakılığa son qoymağa çağırıblar.

Mərkəzi Asiya ölkəsində vəziyyətin gərginləşməsini narahatlıqla izlədiyini deyən Avropa Komissiyasının rəhbəri tərəfləri zorakılığa son qoymağa çağırıb və əmin edib ki, Aİ mümkün olan kömək etməyə hazırdır.

Qadın diplomat vurğulayıb ki, Qazaxıstan xalqının hüquqları və təhlükəsizliyi qorunmalıdır.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər