Saytımızı qiymətləndirin


 
 

Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib
Tarix: 07-01-2022 | Saat: 18:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib.

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verib.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbəri paylaş

1215 dəfə oxunub.

Digər xəbərlər