Saytımızı qiymətləndirin


 
 

İşğaldan azad olunmuş ərazilərin ötən il 20 min hektarı minalardan təmilənib
Tarix: 07-01-2022 | Saat: 15:10
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Vüqar Süleymanov

 

"İlkin olaraq qeyd edim ki, işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir".

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, 2021-ci il ərzində ümumilikdə 20 165 ha ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib: "Bildiyiniz kimi ölkə ərazisində minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli Fərmanı var. Sənədə əsasən tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA-ya həvalə edilib".



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər