Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın türk dövlətlərinin liderləri ilə danışığı nəyə hesablanıb? – Ankaradan Moskvaya MESAJ
Tarix: 07-01-2022 | Saat: 11:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğanın türk dövlətlərinin liderləri ilə danışığı nəyə hesablanıb? – Ankaradan Moskvaya MESAJƏrdoğan türk dövlətlərinin liderləri ilə – Əliyev, Japarov, Mirziyoyev və Tokayevlə danışıb. Gec addım kimi görünsə də, Qazaxıstan ssenarisinin bütün coğrafiyada təkrarlanmaması və ən azından Moskvaya Türkiyənin bu respublikaların yanında olduğu mesajının verilməsi baxımından önəmlidir”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirlər konkret.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O bildirib ki, Qazaxıstanda baş verənlər rəsmi Nursultanın, eləcə də Mərkəzi Asiyada digər ölkələrin Türk Dövlətləri Təşkilatında inteqrasiyasını çətinləşdirəcək: “Ankara bu mənfi perspektivi önləmək, prosesdən daha az ziyanla çıxmaq istəyir. İstisna deyil ki, Qazaxıstanda hadisələrin səngiməsindən sonra Ərdoğan Putinlə də bu məsələləri müzakirə etsin. Bununla türk dövlətlərinə Rusiya qarşısında tək olmadıqları mesajını verməyə çalışacaq. Post-Nazarbayev dövrü çətin olsa da, Qazaxıstanın uzaqlaşması perspktivinə qarşı addımlar atılmalıdır” – deyə şərhçi fikirlərini tamamlayıb.



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər