Saytımızı qiymətləndirin


 
 

Diqqət: Bu ərazilərdə qaz olmayacaq
Tarix: 07-01-2022 | Saat: 11:09
Bölmə:Karusel / Sosial | çapa göndər

Bu erazilerde sabah qaz olmayacaq -

Nəsimi rayonu ərazisində daşıyıcı qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması və Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında daşıyıcı qaz xəttinin yerinin dəyişdirilərək polietilen qaz xətti ilə əvəzlənməsi və təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar 07.01.2022-ci il tarixdə saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal, Alı Mustafayev, Ceyhun Səlimov, C.Məmmədquluzadə küçələrinin, 2,3,4 və 5-ci mikrorayonların, Binəqədi rayonunun Xutor yaşayış massivi ərazisinin, RİQ-1, 325, 321 saylı qazanxanaların, Mərkəzi Hərbi Klinik Hospitalın və Yasamal rayonu ərazisində “Main” Yaşayış Kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müvəqqəti narahatlığa görə üzr istəyirik!

 



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər