Saytımızı qiymətləndirin


 
 

Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi
Tarix: 05-01-2022 | Saat: 15:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi

 

"Türkiyə Qazaxıstanda baş verənləri yaxından izləyir və böhranın aradan qaldırılacağına əmindir".

Qarabaginfo.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur:

"2022-ci il yanvarın 2-3-də Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını diqqətlə izləyirik. Biz dost Qazaxıstanın sabitliyinə böyük əhəmiyyət veririk. Ümidimiz qardaş Qazaxıstanın sülh və əmin-amanlığınadır. Tam əminik ki, Qazaxıstan rəhbərliyi bu böhranı aradan qaldıracaq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, vəziyyət yaxın gələcəkdə normallaşacaq”.

Daha sonra bəyanatda qeyd olunur:

“Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza tezliklə şəfa diləyirik”.



Xəbəri paylaş

271 dəfə oxunub.

Digər xəbərlər