Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanda kütləvi aksiyalar keçirilir, prezident xalqa müraciət edib
Tarix: 04-01-2022 | Saat: 23:49
Bölmə:Karusel / Region | çapa göndər

Qazaxıstanda kütləvi aksiyalar keçirilir, prezident xalqa müraciət edib

Qazaxıstanın Janaozen, Aktau və Manqistau vilayətlərində yanacağın bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir.

Qarabaginfo.az xəbər verir ki, aksiya iştirakçıları maye qazın qiymətinin 120 təngədən 50-60 təngəyə salınmasını tələb ediblər. Hökumət komissiyası məsələ ilə bağlı etirazçılarla danışıq apardıqdan sonra Manqistauda qazın 1 litri 50 təngəyə endirilib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokaev də etiraz aksiyalarına münasibət bildirib. Dövlət başçısı vətəndaşları ağıllı davranmağa və təxribata uymamağa çağırıb.
“Hörmətli vətəndaşlar, sizə təkrar müraciət edirəm. Ağıllı davranın, daxildən və xaricdən olan təxribatlara uymayın. Mülki və hərbi obyektlərə hüçum çağırışları tamamilə qanunsuzdur. Bu cinayət cəzalandırılacaq. Hökumət bu yolla zəifləməyəcək ” deyə, prezident müraciətində qeyd edib.

“Bizə konflikt deyil, qarşılıqlı inam və dialoq lazımdır. Gənclərə müraciət edirəm: həyatınızı korlamayın. Sizin bütün qanuni tələbləriniz diqqətlə araşdırılacaq və lazımi tədbirlər görüləcək. sabah bununla bağlı iclas keçiriləcək” – deyə, Tokayev vurğulayıb.

Dövlət başçısı ölkədəki vəziyyəti müzakirə etmək üçün yanvarın 5-nə hökumətin iclasını çağırıb.(Apa)



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70