Saytımızı qiymətləndirin


 
 

Azərbaycan millisinin oyunları azarkeşsiz keçirilə bilər
Tarix: 02-01-2022 | Saat: 13:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan millisinin oyunları azarkeşsiz keçirilə bilər

Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunları azarkeşsiz baş tuta bilər.

Qarabaginfo.az "Vesti.kz" saytına istinadən xəbər verir ki, fanatların yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür.

Qərar ölkədə koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqi ilə əlaqədardır. Qitə çempionatının təxirə salınması da istisna olunmur. Turnirlə bağlı yekun qərar yanvarın 10-dək bəlli olacaq.

Qeyd edək ki, Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər