Saytımızı qiymətləndirin


 
 

"Azəriqaz": "Alov qüllələri" yaxınlığındakı partlayışa görə məsuliyyət daşımırıq
Tarix: 30-12-2021 | Saat: 13:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Azəriqaz": "Alov qüllələri" yaxınlığındakı partlayışa görə məsuliyyət daşımırıq

Bakıda “Alov qüllələri” hotelinin qarşısında yerləşən məşəldə qaz sızması səbəbindən baş verən partlayışa görə “Azəriqaz” İstehsalat Birliyi məsuliyyət daşımır.

Bu barədə Qarabaginfo.az-a  İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev bildirib.

“Bu gün üzücü bir xəbər aldıq. “Alov qüllələri”nin yaxınlığında Bakı Şəhəri İcra Hakimiyyətinin məşələ nəzarət edən işçiləri tərəfindən iş aparılıb və hansısa ehtiyatsızlıq səbəbindən sızma baş verib, nəticədə də o sızma partlayışa gətirib çıxarıb. Son nəticə olaraq, iki nəfər işçinin xəsarət alması barəsində xəbər almışıq”, - deyə E. Vəliyev qeyd edib.

O vurğulayıb ki, sayğacdan sonrakı qaz xəttində “Azəriqaz”ın heç bir nəzarət funksiyası yoxdur. Məşələ qədər hissədə heç bir problem baş verməyib, hər şey saz vəziyyətdə olub, yalnız məşələ daxil olar hissədə baş verən sızma nəticəsində sözügedən hadisə baş verib.

“Təəssüf edirik ki, belə bir hadisə baş verib. Amma yenə də deyirəm, “Azəriqaz” İB-in içəri xəttə heç bir müdaxilə imkanı olmadığından məsuliyyət Birliyin üzərinə düşmür”, - İB rəsmisi qeyd edib.

Xatırladaq ki, hadisə bu gün baş verib. Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.(Apa)



Xəbəri paylaş

1477 dəfə oxunub.

Digər xəbərlər
13-01-2024, 12:19 Əsl xalq Prezidenti