Saytımızı qiymətləndirin


 
 

Əli Əsədov və Mixail Mişustin müzakirələr apardılar
Tarix: 29-12-2021 | Saat: 20:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əli Əsədov və Mixail Mişustin müzakirələr apardılar

Azərbaycan və Rusiya baş nazirləri Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, hökumət başçıları Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin əhalinin koronavirus infeksiyasına qarşı immunlaşdırılması məsələlərinə xüsusi diqqət yetiriblər. 

"Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər. Koronavirus infeksiyasına qarşı mübarizə, əhalinin kütləvi immunizasiyası məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. 

Mişustin və Əsədov, həmçinin, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyətinin vacibliyini qeyd ediblər.



Xəbəri paylaş

1686 dəfə oxunub.

Digər xəbərlər
15-06-2022, 12:27 Sabahın hava proqnozu
26-03-2020, 10:41 Neft yenidən bahalaşdı