Saytımızı qiymətləndirin


 
 

Teymur Musayev koronavirusa qarşı vaksin vurulması üçün minimal yaş həddindən danışıb
Tarix: 28-12-2021 | Saat: 18:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Teymur Musayev koronavirusa qarşı vaksin vurulması üçün minimal yaş həddindən danışıb

"Azərbaycanda koronavirus əleyhinə vaksin vurulması üçün nəzərdə tutulan yaş həddinin 12-dən aşağı salınmasına ehtiyac yoxdur".

Qarabaginfo.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bəzi ölkələrdə 3 yaşından uşaqlara vaksin vurulmasına başlanılıb: "Həmin yaş qrupunda xəstələnən uşaqlar virusu daha yüngül və ya əksər hallarda asimptomatik keçirirlər. Ona görə də yaş həddinin aşağı salınmasına lüzum görmürəm. Xəstəliyi sırf yanaşı xroniki xəstəliyi olan uşaqlar ağır keçirə bilər".



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər