Saytımızı qiymətləndirin


 
 

Səhiyyə nazirinin I müavini: “Koronavirus yalnız xəstəxanada müalicə olunur”
Tarix: 28-12-2021 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Teymur Musayev özünə yeni müşavir təyin edib - 02.11.2021, Sputnik Azərbaycan

“Evdə müalicə yoxdur, evdə dəstək var”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

“Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur”, - vurğulayıb.

Nazir əvəzi poliklinikalar tərəfindən evdə müalicə alan şəxslərə vitamin komplekslərinin verilməməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”.



Xəbəri paylaş

1204 dəfə oxunub.

Digər xəbərlər