Saytımızı qiymətləndirin


 
 

Xocavənddən avtomobillə dəmir aparmaq istəyən şəxs saxlanılıb
Tarix: 28-12-2021 | Saat: 10:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xocavənddən avtomobillə dəmir aparmaq istəyən şəxs saxlanılıb

Xocavənddən avtomobillə dəmir aparmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda “Mercedes” markalı yük avtomobilinə “saxla” işarəsi verilib. Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib.

Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.

Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

241 dəfə oxunub.

Digər xəbərlər