Saytımızı qiymətləndirin


 
 

Ermənistan “Zəngəzur dəhlizi”nə xərcləyəcəyi vəsaiti AÇIQLADI
Tarix: 28-12-2021 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan ərazisində Arazdəyən - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun bərpası üçün xərclər təxminən 226 milyon dollar təşkil edəcək.
 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik”ə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildirlib.

Megri bölgəsində həyata keçiriləcək işlər ilkin məlumatlara görə, təxminən 221 milyon dollara başa gələcək, dəmir yolunun bu hissəsinin uzunluğu təxminən 45 kilometr olacaq.

Bundan əlavə, Arazdəyən ərazisində (ermənilər Yerasx adlandırır) təxminən 1 kilometr ərazinin bərpası üçün təxminən 5 milyon dollar tələb olunacaq.

"Hesablamalar əvvəlki infrastruktur (stansiyalar və s.) nəzərə alınmaqla aparılıb", - məlumatda deyilir.

Eyni zamanda, nazirlik əlavə edib ki, əlavə infrastrukturun yaradılmasından və dəqiq qiymətdən yalnız layihənin texniki-iqtisadi əsaslandırması hazırlanacağı təqdirdə danışmaq mümkün olacaq.

Dekabrın 18-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Ermənistan ərazisində Arazdəyən - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolu xəttinə hər hansı nəzarət məsələsi müzakirə olunmur. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan bu dəmir yolunun tikintisini 2-3 il ərzində başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında Soçidə və Brüsseldə keçirilən görüşlərdə Arazdəyən - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun (sovet dövründə mövcud idi – red.) tikintisi ilə bağlı razılıq əldə olunub və təsdiqlənib. Bununla bağlı baş nazir yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.
 



Xəbəri paylaş

252 dəfə oxunub.

Digər xəbərlər