Saytımızı qiymətləndirin


 
 

MTRŞ-nin ofisinin köçürülməsinin səbəbləri məlum olub 
Tarix: 27-12-2021 | Saat: 23:44
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

MTRŞ-nin ofisinin köçürülməsinin səbəbləri məlum olub 

Milli Televiziya və Radio Şurasının balansında olan Bakı şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən inzibati binası məhdud işlək vəziyyətə düşdüyündən Şuranın müvəqqəti olaraq icarə əsasında yeni inzibati binaya köçməsi zərurəti yaranıb.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.

Şura Bakı şəhəri, A.M.Şərifzadə küçəsi 315 ünvanında yerləşən 4 mərtəbəli ofis binasını icarəyə götürüb.

Binada Şuranın fəaliyyət spesifikliyinə uyğunlaşdırılması istiqamətində bir sıra cari təmir işləri həyata keçirilib və 1 noyabr 2021-ci il tarixdən Şura fəaliyyətini müvəqqəti icarəyə götürülmüş inzibati binada davam etdirməyə başlayıb.

Bu müddət ərzində Şuranın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində binada bir sıra fəaliyyət həyata keçirilib, növbəti ildə də bu fəaliyyətin davam etdirilməsi nəzərdə tutulub.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər