Saytımızı qiymətləndirin


 
 

Deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimova hökm oxunub
Tarix: 27-12-2021 | Saat: 18:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Eldəniz Səlimov

Deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə bu gün hökm oxunub. Hökmə əsasən, E. Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib.

 

Hökmdə o da bildirilir ki, E. Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.

Qeyd edək ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər