Saytımızı qiymətləndirin


 
 

Zəfər Amnistiyası 3369 nəfərə TƏTBİQ EDİLİB
Tarix: 27-12-2021 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Noyabrın 5-də Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktından iki aya yaxın vaxt keçib. Bu müddət ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmət üzrə 3369 nəfərə Amnistiya aktı tətbiq olunub”.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

 

Ə.Nuriyev deyib ki, iki ay müddətində bu qədər insana Amnistiya aktının tətbiqi  böyük göstəricidir:

 

“Proses hələ də davam edir. 4 ayın sonuda bu akt 5500 nəfəri əhatə edəcək. Artıq bunun üçdə ikisi tətbiq olunub. Amnistiya aktı tətbiq olunan məhkumun şəxsi işləri diqqətlə öyrənilir”.

 

“Ümid edirəm ki, Amnistiya aktı 4 aya deyil, daha tez müddətə başa çatacaq”, - deyə Ə.Nuriyev bildirib.



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər